Digər idman növləri
Abasov yenə heç-heçəyə razılaşdı
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində davam edən İddiaçılar Turnirində növbəti görüşünü Yan Nepomnyaşiya (FIDE) qarşı keçirib.
Futbolinfo.az xəbər verir ki, qara fiqurlarla oynayan 28 yaşlı qrossmeysterimiz 8-ci tur çərçivəsində rusiyalı həmkarı ilə heç-heçəyə razılaşıb.
Abasovla Yan Nepomnyaşi arasında 1-ci tura təsadüf edən görüş də heç-heçə yekunlaşmışdı – 0,5:0,5. Azərbaycan təmsilçisi hazırda 2.5 xalla sonuncu – səkkizinci sırada qərarlaşıb.
Abasov bu gün növbəti görüşünə çıxacaq. O, 9-cu turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.
Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Şahmatçılar arasında 2-ci tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə