Ölkə futbolu
“Turnir cədvəlini düşünmürük”
“Üç hissə ərzində meydançada gərgin mübarizə gedirdi”.
Futbolinfo.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyev “Cəlilabad”a 108:87 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının 17-ci tur oyunu barədə danışarkən deyib.
Mütəxəssis rəqibin çox yaxşı komanda olduğunu bildirib: “Onların hələ də pley-off şansları var idi, ona görə də çətin matç gözləyirdik. Yalnız dördüncü hissədə qələbəni təmin edə bildik. Qriffin Remmi zədə səbəbindən oyunu buraxdı. Ona görə də birinci nömrə mövqeyi bir qədər zəifləmişdi. Zədəsi ciddi deyil, növbəti matça hazır olacaq”.
Baxşıyev komandasının oyunundan razı qaldığını söyləyib: “Şəki” ilə son matçımız qalıb. Qələbə qazanmaq istəyirik. İndi turnir cədvəlini düşünmürük. Son turda “Sabah” “Xəzri” ilə qarşılaşır. Bu matçın nəticəsi kimin birinci, kimin üçüncü yerləri tutacağını müəyyənləşdirəcək”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı