Dünya futbolu
Ozan fərqləndi, komandası darmadağına üzüldü
Futbol üzrə Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə PSV-nin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:5 hesablı məğlubiyyətə üzülüb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib.
“Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə