I Liqa
10 qol vuruldu, MOİK zirvəyə qalxdı
Azərbaycan I Liqasında 17-ci tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.
MOİK öz meydanında “Araz Saatlı”nı qəbul edib. 10 qolun vurulduğu matçda meydan sahibləri qalib gəlib – 6:4. Bu qələbə ilə xallarını 32-yə çatdıran ordu klubu liderliyə yüksəlib.
MOİK – Araz Saatlı 6:4
Qollar: Elmir Rəhimzadə, 23, 87, Ramil Orucov, 37, Nicat Əskərov, 39, Nihad Qurbanlı, 58, Cavidan Abbaszadə, 82 – Nurlan Bayramov, 44-avtoqol, Sequn Omotoşo, 48, Şamil Abdullayev, 62, Rəvan Əvəzov, 77
Qeyd edək ki, turun digər görüşləri 7-8 mart tarixlərində keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı