Müsahibə
Bruno Tobias: “Bertuççi Azərbaycanda darıxır”
"Neftçi"nin müdafiəçisi Bruno Bertu&cced…
"Neftçi"nin müdafiəçisi Bruno Bertuççinin həyat yoldaşı Bruno Tobiasın futbolinfo.az saytına müsahibəsi
– Ölkəmiz xoşunuza gəlir?
– Azərbaycanı xoşlayıram. Çox gözəl ölkədi. Özümü burada rahat hiss edirəm. Artıq Azərbaycana öyərşmişəm.
– Amma sizin üçün fərqli mədəniyyətə sahib ölkədi…
– Düzdü, şəhər, insanlar, geyimlər, bir sözlə hər şey fərqlidi. Amma problem deyil. Bir az dil baxımından problem yaşayırıq. Lakin istənilən halda yenə də burada yaşamaq xoşdu. Ən azından təhlükəsiz bir ölkədəyik.
– Ölkəmizi gəzmisiz?
– Çox vaxt gəzirəm. Bakı çox xoşuma gəlir. Əksər vaxt şəhərdə oluram. Başqa bölgələrdə olmasam da, paytaxtınızı xoşlayıram.
– Futbolu çox sevirsiz?
– Futbol mənim çox xoşuma gəlir. Bilirsiz ki, Braziliyada futbol çox məhşurdu. Orada demək olar ki, futbolu sevməyən çox az adama rast gəlmək olar. Mən isə futbolu çoxdan sevirəm.
– Amma Azərbaycan futbol sizin ölkə səviyyəsində deyil…
– Hesab edirəm ki, sizdə futbol inkişaf edəcək. Bunun üçün zamana ehtiyac var. Burada da yaxşı oyunçular görmüşəm.
– Razılaşın ki, futbolu ən zəif olan ölkələrdənik…
– Zəif deyil. Normal futbol var. Zamanla daha yüksək olacaq.
– Ötən yay həyat yoldaşınızın Azərbaycanı tərk edəcəyi deyilirdi. Hətta İngiltərə klublarının onunla maraqlandığı haqqında məlumat var idi…
– Bu barədə dəqiq məlumata malik deyiləm. Mən də elə mətbuatdan oxumuşdum.
– Bertuççi “Neftçi”də qalmaq istəyir?
– O, burada xoşbəxtdi. Amma ailəsi üçün darıxır. Ona görə də bir az çətinlik olur. Bir az şəxsi məsələləri var.
– Sizcə, “Neftçi” bu mövsüm nə üçün uğur qazana bilmədi?
– Onlar 3 il ardıcıl çempion oldular. Ola bilər ki, növbəti mövsüm yenə birinci olsunlar.
– Azərbaycan mətbəxini sevirsiz?
– Xoşuma gəlir. Çox ləzzətli yeməklər var.
– Burada kimlərlə dostluq edirsiz?
– Braziliyadan Azərbaycanda bir çox futbolçular var. Onlarla ailələri ilə dostluq edirik.
ABBAS
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı