Ölkə kuboku
"Neftçi"nin məşqçisi qovuldu
Bu dəqiqələrdə keçirilən futbol üzrə Azərbaycan Kub…
Bu dəqiqələrdə keçirilən futbol üzrə Azərbaycan Kubokunun "Neftçi" və "Qəbələ" klubları arasındakı final oyununda gərginlik ən son həddədi. Futbolinfo.az xəbər verir ki, əsas vaxtda qalibi müəyyənləşdirə bilməyən tərəflər oyunu əlavə vaxta daşıdılar.
Prinsipial və həlledici qarşılaşmada baş verən hər qayda pozuntusuna görə isə çox ciddi etirazlar olur. Qarşılaşmanın 96-cı dəqiqəsində "Neftçi"nin hücumçusu Flavinyonun qarşısı rəqib futbolçular tərəfindən kobudluqla alınanda da oxşar hal yaşandı. "Ağ-qaralar"ın bu etirazları zamanı məşqçi Bəxtiyar Musayevin hakimə daha sərt etirazını bildirməsi isə ona baha başa gəldi. Belə ki, baş hakim Əliyar Ağayev onu texniki zonadan uzaqlaşdırdı.