Ölkə kuboku
Samir Məsimov: "Anama qol sözü vermişdim"
"Neftçi"nin gənc futbolçusu Samir Məsimov fu…
"Neftçi"nin gənc futbolçusu Samir Məsimov futbol üzrə Azərbaycan kubokunun final oyunu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında paytaxt klubunun üzvü qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Çox çətin oyun oldu. Çempionatı 4-cü pillədə başa vurduğumuz üçün bu oyunda qalib gəlməyimiz vacib idi. Bizi dəstəkləyən azarkeşlərə öz təşəkkürü bildirirəm. Vurduğum qol mənim üçün çox vacib idi. Çünki anama qol vuracağımı söz vermişdim. Allaha şükür ki, buna nail oldum".