Dünya futbolu
"Beşiktaş" yalanladı: Ronaldinyo xəbərləri əsassızdı
Türkiyə mətbuatı "Beşiktaş"ın heyətini gücl…
Türkiyə mətbuatı "Beşiktaş"ın heyətini gücləndirmək üçün Ronaldinyo ilə yenidən danışıqlara başladığı haqda xəbərlər yayıb. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" rəsmi olaraq bu xəbərləri təkzib edib və məlumatları əsassız adlandırıb.
Maraqlısı ondadı ki, İstanbul təmsilçisi yaydığı rəsmi bəyanatda bu cür xəbərlərin azarkeşlərlə klubu qarşı-qarşıya qoymaq məqsədi daşıdığını və məqsədli şəkildə yayımlandığını bildirib.
Qeyd edək ki, qış transfer pəncərəsi boyunca da braziliyalının adı Türkiyə mətbuatında "Beşiktaş"la birgə çəkilirdi.