Dünya futbolu
Hollandiyada Van der Vaart şoku
Dünya çempionatına hazırlıqları davam etdirən Holland…
Dünya çempionatına hazırlıqları davam etdirən Hollandiya önəmli futbolçusunu itirə bilər. Futbolinfo.az xəbər verir ki, hələ də Rafael Van der Vaartın zədəsi sağalmayıb.
Baldır nahiyyəsindəki zədə səbəbiylə komandayla məşq edə bilməyən Van der Vaartın adı Braziliyaya gedənlər siyahısından çıxarılıb. Baş məşqçi Van Qaal əvvəlcə 31 yaşlı Rafaeli heyətə daxil etsə də, daha sonra zədəyə görə adını heyətdin silib.
Qeyd edək ki, Hollandiya 23 nəfərlik dəqiq heyəti mayın 30-da açıqlayacaq.