Ölkə futbolu
"Qarabağ" Diaşla müqavilə imzalamaq istəyir"
“Azərbaycanın yeni çempionu Ağdam “Qarabağ&rdqu…
“Azərbaycanın yeni çempionu Ağdam “Qarabağ”ı braziliyalı hücumçu Danilo Diaşı almaq üçün hələ də danışıqlar aparır”, deyə Portuqaliyanın “A Bolo” portalı yazır. Futbolinfo.az xəbər verir ki, Portuqaliya saytında maraqlı fikirlər əksini tapıb:
“Maritimo” ilə müqaviləsi başa çatmış Diaş, “Amoreya” klubuna keçə bilər. Ancaq bu məsələ hələ həllini tapmaya bilər. Çünki Ağdam “Qarabağ”ı braziliyalını almaq üçün hələ də danışıqlar aparır”.
Öz növbəmizdə qeyd edək ki, hələ mayın ortalarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirmişdi ki, hazırda heç bir danışıqlar getmir və klub bu istiqamətdə danışıqlar aparmır.