Dünya futbolu
“Barselona” “Valensiya”dan “yox” cavabı aldı
"Barselona" "Valensiya"nın müdafiəçi…
"Barselona" "Valensiya"nın müdafiəçisi Ceremi Matyenin transferi üçün qarşı tərəfə təklif göndərib. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu 30 yaşlı fransız futbolçuya görə 15 milyon avrosundan keçməyə hazır olduğunu bildirib.
Lakin Kataloniyanın "Sport" qəzetinin verdiyi xəbərə görə, "Valensiya" bu təklifi rədd edib. "Yarasalar" Matye üçün 20 milyon avro tələb edir. Məhz bu məbləğ futbolçunun müqaviləsində təzminat qiyməti olaraq qeydə alınıb. "Barsa" Matye ilə yanaşı, Markinyos (PSJ) və Miranda ("Atletiko") kimi müdafiəçilərlə də maraqlanır.