Digər idman növləri
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və vitse-prezident Bəhruz Quliyev voleybol üzrə qadınlar və kişilər arasında CEV Çempionlar Liqasının final qarşılaşmalarını izləmək üçün Türkiyənin Antalya şəhərinə səfər ediblər.
Futbolinfo.az xəbər verir ki, AVF rəhbərliyi burada təlim-məşq toplanışında olan çimərlik voleybolçularımızla da görüşüb.
Şahin Bağırova təlim-məşq toplanışı haqqında məlumat verilib. Federasiya prezidenti voleybolçulara məşqlərdə və qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Federasiya rəhbərliyi daha sonra voleybolçularla birgə Antalya Spor Salonunda keçirilən “Super Finallar”ı izləyib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi