Dünya futbolu
Rokenin meneceri “Barselona”nı hədələdi
Vitor Roke “Barselona”da xoşbəxt deyil. Yanvarda “Atletiko Paranaense”dən gələn 19 yaşlı brazilyalı əsas heyətə düşə bilmir.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi 2031-ci ilədək müqavilə imzaladığı Roke üçün 40 milyon avro ödəyib. Rəhbərlik onun istedadına əmindir və gələcəkdə komandaya fayda verəcəyini gözləyir. Bu səbəbdən Vitoru gələn mövsüm daha da püxtələşməsi üçün icarəyə göndərmək istəyirlər.
Amma futbolçu buna razı deyil. O, ya heyətdə qalıb şans qazanmaq, ya da birdəfəlik satılmaq niyyətindədir. Bu barədə Rokenin meneceri Andre Kuri danışıb: “Vitor icarəyə getməyəcək. “Barselona”dan ayrılmaq lazım olsa, bu, yalnız transfer kimi mümkündür. Klub şans verməzsə, bu barədə danışmağa məcbur olacağıq. Baş məşqçi Xavi futbolçu ilə hətta ünsiyyət də qurmur. Fermin, Kubarsi, Lamal kimi gənclər şans qazanır, Roke isə daim kənardadır”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO