Premyer-liqa
“Səbail” “Qəbələ”yə qarşı
Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.
“Səbail” doğma meydanda çempionatın aşkar autsayderi “Qəbələ”ni qəbul edəcək. Elitanı tərk etmiş “Qəbələ”nin “Səbail”lə səfər matçında qələbə həsrətinə son qoyub-qoymayacağı maraq doğurur.
Turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”yə evdə (5:0), “Zirə” “Turan Tovuz”a səfərdə (2:1), “Sabah” da “Araz-Naxçıvan” (1:0) qalib gəlib. “Kəpəz” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Misli Premyer Liqası
33-cü tur
6 may
“Səbail” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
“ASCO Arena”, 19:00.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi