Ölkə futbolu
Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər
Salifu Suma unikal statistikanın səbəbkarıdır. “Zirə”nin hücumçusunun qol vurduğu oyunlarda komandası mütləq qələbə qazanır – həm də eyni hesabla.
Futbolinfo.az xəbər verir ki, 21 yaşlı qvineyalı bu mövsüm cəmi 4 qol vurub. Onun fərqləndiyi görüşlərin hamısında qəsəbə təmsilçisi 2:1 hesabı ilə qalib. Onun bütün oyunlarda hesabı açan futbolçu olduğunu da qeyd edək.
Suma 3-cü turda “Səbail”lə, dünən isə “Turan Tovuz”la səfər görüşlərində, həmçinin tovuzlularla 9-cu, “Kəpəz”lə 27-ci turun ev oyunlarında hesabı açan şəxs olub. Bu qarşılaşmaların 3-də rəqib hesabı bərabərləşdirib, daha sonra “Zirə” qələbə qolunu vurub. Yalnız gəncəlilər 2:0-dan sonra təsəlli qolunu vura bilib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO