Dünya futbolu
“Arsenal”ın qapıçısı “Suonsi”də
İngiltərənin "Arsenal" klubunun qapıçısı Lukaş…
İngiltərənin "Arsenal" klubunun qapıçısı Lukaş Fabianski yeni mövsümdən "Suonsi"də çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, “topçular”ın rəsmi saytında məlumat yerləşdirilib.
28 yaşlı qolkiper "Suonsi" ilə dörd illik müqavilə imzalayıb. “Arsenal”la sözləşmə müddəti başa çatdığından Fabianski "Suonsi"yə azad agent kimi keçib.
Xatırladaq ki, Lukaş 2007-ci ildə "Legiya"dan "Arsenal"a transfer olunmuşdu.