Bizi izləyin

Müsahibə

"Fənər"in baş məşqçisi: "Qəbələ Kuboku"nu qazanmaq istəyirik"

"Qəbələ Kuboku" turnirində iştirak edən Türkiyən…

blank
"Qəbələ Kuboku" turnirində iştirak edən Türkiyənin "Fənərbağça" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Əngin Kabaşın futbolinfo.az saytına müsahibəsi
 
– İngiltərə "Liverpul"unun ardından "Qəbələ"yə də qalib gəldiniz. Öncə matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Oyunun əvvəlində daha çox küləyə qarşı mübarizə aparırdıq. Daha sonra rəqib üzərində təzyiqi artırdıq və qollar vurmağa başladıq. Demək olar ki, oyun ərzində rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. Biz isə daha çox qol epizodları yaratdıq. Onların da sadəcə, üçündən yararlanmaqla qələbə qazandıq.
 
– Sizcə, hesabın belə böyük olmasına nə səbəb oldu?
– Bildiyim qədərilə, "Qəbələ" yeni yaranan klubdu. Komandanın daha yüksək uğurlara imza atması üçün böyük əmək sərf edən insanlar var. "Fənərbağça" isə yüz illik tarixə malik bir camiədi. Belədə, təbii ki, müəyyən fərqlərin olması qaçılmazdı. Amma rəqib komanda da çox yaxşı mübarizə apardı. Sadəcə, biz daha yaxşı olduğumuz üçün belə qələbə qazandıq. Baxmayaraq ki, biz də məğlub ola bilərdik. Hər halda bunlar 15 yaşlı uşaqlardı. Hər şey ola bilərdi. Məncə, heç bu yaşda futbolçular üçün qələbə ilə məğlubiyyətin ciddi önəmi olmamalıdı. Onlar ilk növbədə səviyyələrini yaxşılaşdırmaq haqda düşünməlidilər.
 
– Razılaşaq ki, bu oyunçuların yaşı artdıqca, səviyyə fərqi daha da böyüyəcək…
– Kimin necə inkişaf edəcəyini indidən heç kim deyə bilməz. Aydın məsələdi ki, Türkiyə futbolu Azərbaycanla müqayisədə daha yüksək səviyyədədi. Amma burada da çox dəyərli məşqçilər, mütəxəssislər var və böyük səylə futbolunuzun inkişafına çalışırlar. Bəlkə də "Qəbələ"nin bu heyətindən hansısa bir oyunçu gələcəkdə "Fənərbağça"dakılardan daha yaxşı futbolçu olacaq.
 
– "Qəbələ"nin təlim-məşq bazasını bəyəndinizmi?
– Möhtəşəm bazadı. Hələ də genişləndirməyə, yeni meydanlar salmağa davam edirlər. Buradakı futbolçular, məşqçilər çox şanslıdılar. Məsələn, bizim belə meydanlar baxımından sıxıntılarımız olsa da, burada hər şey tam fərqlidi. Azərbaycan xalqı bizə çox böyük maraq, qonaqpərvərlik göstərməkdədi. Hər halda bir millət, iki dövlət deyimi özünü doğruldur. Bu diqqətə görə də hər birinizə xüsusi təşəkkürümüzü bildirirəm.
 
– "Fənərbağça"nın bu turnirdəki hədəfi nədən ibarətdi?
– Bizim mütləq bu turniri qazanmaq kimi bir hədəfimiz yoxdu. Mən uşaqlara daha çox onu başa salmağa çalışıram ki, rəqiblərimizin nə etməyə çalışması bizim üçün önəmli deyil. Əsl önəmli olan özümüzün necə oynamağımızdı. Təbii ki, ortada bir kubok, çempionluq var. Biz də buna nail olmağı çox istərdik. "Fənərbağça" olaraq, sonadək mübarizəmizi davam etdirəcəyik, qalib olmağa çalışacağıq.
 
– Ötən mövsüm "Beşiktaş" 5-ci oldu. Ondan əvvəl isə "Qalatasaray" "Qəbələ Kuboku"nda qalib olmuşdu. "Fənərbağça"nın əzəli rəqibinin qazandığı kuboku əldə etmək kimi bir fikri varmı?
– Dediyim kimi, qarşıda bir hədəf var və uşaqlar da bunu görürlər, ona çatmağı arzulayırlar. Biz də "Fənərbağça" klubu olaraq, buradan qələbə ilə dönməyi çox istəyərdik. Amma sıfr "Qalatasaray" çempion olduğuna görə, biz də qızıl medallara yiyələnək kimi bir fikrimiz yoxdu. "Qalatasaray"ın, "Beşiktaş"ın əvvəlki illərdəki nəticələri bizi maraqlandırmır.
 
– Azərbaycan futbolu haqda nələri bilirsiz?
– Bildiyimə görə, futbolunuz inkişafdadı. "Qəbələ"də çoxlu türkiyəli məşqçilər var ki, onlarla da söhbətləşirik. İnşallah, Azərbaycan futbolu da yaxın gələcəkdə daha yaxşı yerlərdə qərarlaşar.
 
– "Fənərbağça"nın sabiq baş məşqçisi Mustafa Dənizlinin, eləcə də Güvənc Kurtarın son mövsümdə Azərbaycanda çalışmasından xəbəriniz vardı?
– Təbii ki, eşitmişik. Amma biz fərqli yerlərdəyik. Biz sadəcə, uşaqlarla çalışırıq, onlara futbolun sirrlərini öyrətmək istəyirik. Dənizli kimi mütəxəssislər isə performans idmanı ilə məşğuldu, onlar üçün nəticə daha vacibdi. Fərqli kateqoriyalardayıq. Bu üzdən də onların barəsində danışmağımız, nəsə deməyimiz düzgün deyil.

PƏRVİZ ELTÜRK, Qəbələ

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm