Ölkə futbolu
"Qəbələ" uduzdu, "Fənər" finalda, "Neftçi" yenə məğlub oldu
15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında t?…
15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca 3-cü "Qəbələ Kuboku" turniri davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün turnirdə pley-off oyunları baş tutub.
"Qəbələ" finala çıxmaq üçün mübarizə aparmaq şansını saxlasa da, bundan yararlana bilməyib. Bunun üçün təmsilçimiz Belçika "Anderlext"inə qalib gəlməliydi. Ancaq "Qəbələ" bu oyunda məğlub olub və 3-cülük uğrunda mübarizə aparmalı olacaq. Digər yarımfinal matçında isə Türkiyə "Fənərbağça"sı Avstriya "Rapid"i ilə üz-üzə gəlib və "Anderlext"lə çempionluq uğrunda mübarizə aparacaq.
5-8-ci yerlər uğrundakı oyunlarda isə "Neftçi" İtaliyanın "Udineze" klubu ilə qarşılaşıb və məğlub olub. Rusiya "Lokomotiv"i də İngiltərə "Liverpul"una uduzub. İngiltərə və İtaliya təmsilçiləri 5-ci, Azərbaycan və Rusiya klubları isə 7-ci yeri tutmaq uğrunda yarışacaqlar.
Qeyd edək ki, sabah turnirdə istirahət günüdü. Həlledici qarşılaşmalar iyunun 1-də keçiriləcək.
Qəbələ Kuboku
30 may
Yarımfinal oyunları
Fənərbağça – Rapid – 1:0
Anderlext – Qəbələ – 4:1
Qol: Fərid Nəbiyev-pen.
Qol: Fərid Nəbiyev-pen.
5-8-ci yerlər uğrunda
Udineze – Neftçi – 1:0
Lokomotiv – Liverpul – 1:2
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…