Milli komanda
Norveçin baş məşqçisi nədən narazı qaldı?
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa…
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan – Norveç oyunundan sonra qonaqların baş məşqçisi Leif Gunnar Smerud oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, Smerud narazı qaldığını dilə gətirib:
"Asan oyun olmadı. Təbii ki, qələbə qazandığımız üçün sevinirik. Lakin məni narazı salan məqamlardan biri yaradılan imkanların yalnız birindən istifadə etməyimiz oldu. Ümid edirəm ki, bu oyunda yol verdiyimiz səhvlər növbəti qarşılaşmalarda futbolçularımız üçün yaxşı dərs olacaq”.