Ölkə futbolu
“Bir ailəyik və qələbələrə daha yaxınıq”
“Qəbələ”yə qarşı keçirdiyimiz matç əla idi” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Luis Paçu deyib.
Braziliyalı oyunçu Misli Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Qəbələ”nin yaxşı oyunçuları var və xal qazanmaqları vacib idi. Amma mən komandamızın oyunun əvvəlindən sonuna qədər təhlükəli olduğuna inanıram. Xarakter göstərdik. Meydanda etdiklərimizlə onu ortaya qoyduq ki, bizim hamımız eyni düşüncəyə malikik, bir ailəyik və qələbələrə daha yaxınıq. Geridönüş etmək möhəşəm idi. 90 dəqiqə mübarizə aparmaq mənim üçün vacibdir”.
Forvard komandasının avrokubok şansından da danışıb: “Biz bu ruhla, bu əzmkarlıqla davam etməliyik. Uğur qazana biləcəyik”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-15 11:29
“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı