Ölkə futbolu
Çili Braziliyaya bu heyətlə gedir
Çili millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ…
Çili millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2014 üçün yekun heyəti açıqlayıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı zədə səbəbindən oynayıb-oynamayacağı dəqiqləşməyən “Yuventus”un ulduzu Arturo Vidala da 23 nəfərlik heyətdə yer verib.
Qapıçılar: Klaudio Bravo (Real Sosyedad), Conni Herrera (Universidad de Çili), Kristofer Toselli (Universidad Katolika);
Müdafiəçilər: Qari Medel (Kardiff), Xose Roxas (Universidad de Çili), Yugenio Mena (Santos), Qonzalo Xara (Nottingem Forest);
Yarımmüdafiəçilər: Arturo Vidal, Maurisio İsla (hər ikisi "Yuventus"), Marselo Diaz (Bazel), Fransisko Silva (Osasuna), Felipe Qutyerrez (Tvente), Xose Pedro Fuenzalida (Kolo Kolo), Karlos Karmona (Atalanta), Jan Bosejur (Viqan), Çarles Aranquiz (İnternasional), Miiko Albornoz (Malmö);
Hücumçular: Aleksiz Sançes (Barselona), Eduardo Varqas (Valensiya), Xorxe Valdiviya (Palmeyras), Maurusio Pinilya (Kalyari), Esteban Paredes (Kolo Kolo), Fabian Orelyana (Selta).