Ölkə futbolu
İngiltərə millisi mundiala 24 nəfərlə gedəcəkdi
İngiltərə yığma komandası DÇ-2014 üçün B…
İngiltərə yığma komandası DÇ-2014 üçün Braziliyaya yola düşərkən maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, ölkənin komediya aktyoru Saymon Brokin Berfordşir aeroportunda futbolçularla söhbət üçün onlara yaxınlaşıb.
Bu zaman o, millinin futbolçuları ilə eyni kostyumda olub. Bunu qəsdən edən aktyor pasportunu göstərərək təyyarəyə keçmək istəyib. Lakin millinin kapitanı Stiven Cerard bunu başa düşüb və polislərə məlumat verib. Nəticədə aktyor aeroportdan uzaqlaşdırılıb.
Qeyd edək ki, bu Saymon Brodkini ilk belə hərəkəti deyil. Bir dəfə də o, “Mançester Siti”in futbolçuları kimi geyinərək məşqə qatılmışdı.