Dünya futbolu
Rumıniya klubunun qolçusu Azərbaycandan təklif alıb (FOTO)
Rumıniyanın “Braşov” klubunun hücumçusu And…
Rumıniyanın “Braşov” klubunun hücumçusu Andrey Kristya Topaz Premyer Liqasında çıxış edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, dörd aydan artıq müddətdə əməkhaqqını ala bilməyən futbolçu Rumıniya Peşəkar Futbol Liqasına müraciət edib. Futbolçunun müraciətində məqsəd, yaranmış vəziyyətlə bağlı azad agent statusu almaqdı. Hazırda “Styaua” və Buxarest “Dinamo”sunun sabiq hücumçusunun Rumıniya ilə yanaşı, Azərbaycan və Almaniyanın ikinci Bundesliqasından təklifləri var.
Qeyd edək ki, Kristya ötən mövsüm səkkiz qolla komandasının bombardiri olub. Komandası isə mövsümün yekunlarına görə elitanı tərk edib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi