Bizi izləyin

Ölkə futbolu

Qəbələlilərdən AFFA-ya əyani dərs

Ötən həftə daha bir turnirə yekun vuruldu. Artıq 3-cü d…

blank
Ötən həftə daha bir turnirə yekun vuruldu. Artıq 3-cü dəfə baş tutan "Qəbələ kuboku" öz qalibini müəyyənləşdirdi və "Anderlext" kuboku muzeyinə aparmağı bacardı.
 
Lakin bu turnir başqa bir məsələni də göz önünə gətirdi. Qəbələdə keçirilən yarışla eyni vaxtda 4-cü "Caspian Cup" turniri də başlamışdı ki, bu yarış hələ də davam edir. Düzdü, bu yarışlar arasında fərq böyükdü. Qəbələdə keçirilən turnirdə azyaşlılar iştirak edirdisə, Bakıda daha böyük nəsil mübarizə aparırdı. Qəbələdə klublar kubok qazanmağa çalışırdısa, Bakıda millilər ən güclü adını qazanmaq istəyir. Ancaq maraqlı bir məqam var. Hər iki turnirin eyni vaxtda başlaması birinin kölgədə qalması demək idi. Belə də oldu. Qəbələdə keçirilən yarışdan fərqli olaraq "Xəzər kuboku" kölgədə qaldı, lazımı diqqəti toplaya bilmədi. Əhəmiyyət baxımından Bakıda keçirilən yarış daha üstün olsa da, elə kölgə də qalanda millilərin görüşü oldu.
 
Bəs qələm əhli necə düşünür? Hansı yarış diqqətdən yayındı?
 
Kənan Məstəliyev (Rekord.az): "Xəzər Kuboku" mənim üçün yalnız Azərbaycanın Əfqanıstanı yenməsiylə yadda qaldı. Biabırçılıqdı vallah. AFFA "Qəbələ"dən qorxaraq bu kuboku bilərəkdən "Qəbələ Kuboku" ilə eyni vaxta saldı ki, diqqəti öz üzərinə çəksinlər. Paxıllıq ancaq bu qədər olar. Mənim üçün "Xəzər Kuboku"nun heç bir əhəmiyyəti yoxdu. Düşünmürəm ki, süni örtüklü meydançalarda taciklər və əfqanlara qarşı oyunlar hansısa əhəmiyyət daşısın, futbolumuzun gələcəyinə xeyir versin. "Qəbələ Kuboku"nda isə şəxsən şahidi olduğum əla təşkilatçılıq və şərait vardı. AFFA-dakılar qəbələdəkilərin yanına kursa yazılıb həftədə 3 dəfə – tək və ya cüt gün olmasını özləri seçsinlər – öyrənsinlər ki, uşaqlar üçün turnir necə təşkil olunur".
 
Rəşad Ergün (Komanda): "Təbliğat baxımından, turnirdə iştirak edən komandaların səviyyəsi baxımından Qəbələ kuboku AFFA-nın keçirdiyi turniri çox geridə qoydu. Qəbələdə turnir təşkil olunduğunu bəlkə də ölkənin yarısı bildi. Amma Xəzər kubokunun varlığından yəqin ki, bir ovuc adamın xəbəri oldu. Bu cür turnirlərdə təbliğat çox vacib faktordu. Və "Qəbələ" rəhbərliyi bu yöndə AFFA rəsmilərinə əyani dərs verdi".
 
Həbib Aslanov (Futbol+): "Təbii ki, "Qəbələ kuboku" daha baxımlı və diqqət mərkəzində olanı idi. Bunun isə bir neçə səbəbi var. 1. Turnir bölgədə keçirilirdi və buna görə də Qəbələdə futbola hansı marağın olduğunu açıb-ağartmaq yersizdi. İlk növbədə azarkeş sayındakı aşkar üstələmə öz sözünü dedi. 2. İstənilən idman növündə ad və imic əsas rol oynayır. Məncə, Əfqanıstan, Qırğızıstan, Özbəkıstanla müqayisədə "Anderlext", "Rapid" və "Fənərbaxça" adları daha cəlbedicidi. 3. "Qəbələ" rəhbərliyi baş məşqçi problemini yoluna qoya bilməsə də, bütün diqqətini turnirə ayırmışdı. Bildiyim qədər təşkilatçılıq yüksək səviyyədə olub. AFFA-nın başı isə öncə yığmanın ABŞ-la, daha sonra U-21-in Norveçlə oyunlarına qarışdığından "Caspian Cup" kölgədə qaldı. Bir də ki, Bakıda nə turnir? Bu tipli turnirlər Qəbələ, Lənkəran, Zaqatala, Gəncə kimi bölgələrdə keçirilməlidi”.
 
Elgiz Abbasov (Futbol11.az): "Ümumiyyətlə, aşağı yaş qrupları üzrə keçirilən bütün yarışları alqışlamaq lazımdır. Həmin yarışlar ən azından futbolçuların meydançaya, topa, böyük səhnəyə alışması üçün stimuldur. Amma bunu normal şəkildə keçirmək lazımdır. 2-ci "Qəbələ kuboku" başa çatdıqdan sonra "Qəbələ" 3-cü yarışın hazırlığına başladı, bu barədə mütəmadi məlumat verdi. "Caspian Cup"dan isə bu ölkədə çox az adamın xəbəri var. Qəbələdəki yarışın təbliğinə çox böyük önəm verildi ki, bu da işi zənginləşdirdi, turnirin əhatə dairəsini genişləndirdi. Düşünürəm ki, AFFA bu mənada Qəbələ təmsilçisindən örnək götürməlidir. Bundan əlavə, mütləq şəkildə turnirlər eyni vaxtda yox, fərqli vaxtda  keçirilməlidir. Bundan qazanan AFFA olar".
 
İdman jurnalistləri də "Caspian Cup"ın kölgədə qaldığını düşünür. Bunun üçün çıxış yolu tapmaq lazımdı. Ən sadə yol isə turnirlərin eyni vaxtda keçirilməməsidi. Təbii ki, əgər AFFA istər təşkilatçılıq, istər diqqət baxımından "Qəbələ kuboku"ndan geri qalmaq istəmirsə, növbəti dəfə yarış üçün tam fərqli bir zaman seçməlidi. Bu, həm də Azərbaycan futboluna olan diqqətin bir az da artmasına gətirib çıxarar. Ancaq ən önəmli olan təşkilatçılıqdı. Yalnız AFFA-nın baş katibi Elxan Məmmədovun qohumlarının direktoru olduğu arenalarda oyun keçirməklə "Caspian Cup"I bir neçə yerə parçaladılar, Mərdəkan – Bayıl – Sumqayıt üçbucağı yarıça az-çox maraq göstərənləri də dilemma qarşısında qoydu. Bu səbəbdən də vaxt amili ilə yanaşı təşkilatçılığın bərbad olması da Bakıdakı yarışı “Qəbələ kuboku”nun kölgəsinə atdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Premyer-liqa2024-05-19 15:16

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm