Dünya futbolu
Platiniyə rüşvət iddiası
Qətərin DÇ-2022-yə ev sahibliyi ilə bağlı rüşvət q…
Qətərin DÇ-2022-yə ev sahibliyi ilə bağlı rüşvət qalmaqalı getdikcə daha geniş vüsət alır. Futbolinfo.az xəbər verir ki, son olaraq UEFA prezidenti Mişel Platininin də adı bu qalmaqalda hallanıb.
Platininin mundiala ev sahibliyi ilə bağlı keçirilən səsvermədən öncə Asiya Futbol Konfederasiyasının (AFC) sabiq prezidenti Muhammed Bin Hammamla görüşdüyü bildirilir. Qısa keçən həmin görüşdən sonra Platini məhz Qətərin lehinə səs verdiyini etiraf etmişdi.
Qeyd edək ki, Qətərin rüşvət müqabilində DÇ-2022-yə ev sahibliyi etmək hüququna yiyələndiyi iddia olunur. Bu sübuta yetirilərsə, Qətər dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum ediləcək.