Dünya futbolu
Yeni formaları gördükdə şoka düşdülər (VİDEO)
Hollandiyanın "Ayaks" klubunun yeni mövsüm ü…
Hollandiyanın "Ayaks" klubunun yeni mövsüm üçün formalarının təqdimat mərasimi zamanı maraqlı görüntülər qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Frank De Bur və futbolçularına edilən forma zarafatı məzəli görüntülər yaradıb.
Yeni mövsümün formasından öncə onlara bir neçə qəribə üslubda hazırlanmış forma təqdim olunub. Baş məşqçi və yetirmələri isə o formaları görüncə şoka düşüblər. Amma sonda onlar bunun bir zarafat olduğunu başa düşüblər və yeni forma ilə obyektivlər qarşısına keçiblər.