Dünya futbolu
Fernando Muslera daha 4 il “Qalatasaray”da
"Qalatasaray" Burak Yılmaz və Səlcuk İnandan sonra daha …
"Qalatasaray" Burak Yılmaz və Səlcuk İnandan sonra daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, komandanın qapıçısı Fernando Muslera ilə 2016-ci ildə başa çatacaq müqavilənin müddəti daha iki il uzadılıb.
Sözləşməyə əsasən, uruqvaylı qolkiper 2014/2015 mövsümündə 2 milyon 750 min, 2015/2016 mövsümündə 3 milyon 300 min, növbəti iki mövsümdə isə 3 milyon 575 min avro qazanacaq.
Muslera 2011-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.