Dünya futbolu
Burakdan Arda haqda şok iddia
Türkiyə millisinin hücumçusu Burak Yılmaz yığmada…
Türkiyə millisinin hücumçusu Burak Yılmaz yığmadakı komanda yoldaşı Arda Turanın gələcək futbolçu karyerası haqda gözlənilməz açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "Hürriyət" qəzeti iddia edib ki, Burak hazırda "Atletiko"nun şərəfini qoruyan Ardanın "Mançester Yunayted"ə keçəcəyini deyib:
"Dünən Arda ilə birlikdəydim. Onun "Mançester Yunayted" nümayəndələri ilə danışıqları müsbət nəticələnib. Böyük ehtimalla Arda Turan yeni mövsümdən MY-nın şərəfini qoruyacaq".
Turan bundan əvvəl verdiyi açıqlamasında Madrid klubundan ayrılmayacağını söyləmişdi.