Ölkə futbolu
Türkiyə mətbuatı: Sağlam "Xəzər Lənkəran"a gəlir
Türkiyə Super Liqasında mübarizə aparan "Əskişəh?…
Türkiyə Super Liqasında mübarizə aparan "Əskişəhərspor"un baş məşqçisi Ərtoğrul Sağlam karyerasını "Xəzər Lənkəran"da davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda klubun fəxri prezidenti Mübariz Mənsimovun türkiyəli çalışdırıcının xidmətində maraqlı olduğu bildirilir. Artıq Sağlamın hazırkı klubunda maliyyə çətinlikləri problemlər yaradır. Belə ki, maddi sıxıntıya görə bir neçə futbolçu komandadan göndərilib. Məhz bu səbəbdən 44 yaşlı mütəxəssisin Azərbaycana gəlişi real görünür.
“Bursaspor”un baş məşqçisi kimi Türkiyə çempionluğunu qazanan Ərtoğrul Sağlam “Kayserispor”la İntertoto Kubokunun qalibi olub. Həmçinin, iki dəfə “Bursaspor” və “Əskişəhərspor”la Türkiyə Kubokunun finalına yüksəlib.