Ölkə futbolu
Petev "Qəbələ"dəki ilk ili ərzində 2 milyon dollar qazana bilər
Bolqar mütəxəssis İvaylo Petev yaxın günlərdə “Q…
Bolqar mütəxəssis İvaylo Petev yaxın günlərdə “Qəbələ” ilə müqavilə imzalayacaq. Futbolinfo.az xəbər verir ki, o, “radarlar”ın düşərgəsində birinci iş ili ərzində 2 milyon ABŞ dolları məbləğində qazanc əldə edə bilər.
Bu barədə “7 dni sport” portalı xəbər yayıb. Xəbərdə bildirilir ki, Petevin illik əməkhaqqı 1 milyon 500 min dollar məbləğində olacaq. O, klubla iki illik müqavilə imzalayacaq.
Petev daha 500 min dolları isə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxaracağı təqdirdə ala bilər.
“Qəbələ” Avropa Liqasına birinci təsnifat mərhələsindən başlayacaq.