I Liqa
"Rəhbərliklə baxışlarımız üst-üstə düşmədiyi üçün ayrıldıq"
Xəbər verdiyimiz kimi, 1-ci divizionda sonuncu mövsümü…
Xəbər verdiyimiz kimi, 1-ci divizionda sonuncu mövsümü 2-ci pillədə başa vuran "Neftçala" yeni baş məşqçi ilə anlaşıb. Futbolinfo.az xəbər verir ki, komandaya bundan sonra Kamal Quliyev başçılıq edəcək.
Komandanın əvvəlki çalışdırıcısı Bəhram Şahquliyevlə ayrılığın səbəbini öyrənmək üçün mütəxəssislə əlaqə saxladıq. Saytımıza açıqlama verən keçmiş çalışdırıcı "Neftçala"dan ayrılmağı belə izah etdi:
"Məqsəd qoyulmuşdu ki, çempion olaq, ancaq alınmadı. Mövsümü birinci yerdə başa vura bilmədiyimiz üçün istefa verdim. Klub rəhbərliyinin öz şərtləri, futbola baxışı var. Baxışlarımız üst-üstə düşmədi. Sonrakı peşmanlıq fayda verməz deyə, elə əvvəlcədən istefa verdim. Mənim iş rejimim, futbola baxışım başqadı və futbolda müstəqil insanam. Baxdım ki, yeni çempionat sonuncu mövsümdən də ağır olacaq. Rəhbərliyin dediyi şərtlər məni qane etmədi. Maddi məsələlər qaydasındadı, münasibətim də yaxşıdı. Sadəcə, futbol baxışları üst-üstə düşmədi. Çünki futbolda qələbə də qazanarsan, məğlub da olarsan. Amma həmişə qalib gəlmək mümkün deyil. Onlar istəyir ki, heç bərabərlik də olmasın, ancaq qələbə qazanaq".
Son mövsümdə gümüş medal qazanan baş məşqçi bu postda onu əvəzləyəcək Kamal Quliyevə uğurlar arzulayıb: "Kamal Quliyevə uğurlar arzu edirəm. O, gözəl futbolçu olub və yaxşı insandı. Yəqin ki, işi öz öhdəsinə götürərkən düşünüb və qərar verib. 1-ci divizionda işləmək çox ağırdı. Burada futbolçularla hərtərəfli işləmək lazımdı. Onlara tək futbol öyrətmək yetərli deyil".
Sonda isə Şahquliyev gələcək karyerasından danışıb: "Futboldan uzaqlaşmayacam, bu, mümkün deyil. 1 həftəyə hər şeyə aydınlıq gələcək. 1-ci divizion klublarından təkliflər var. Bundan başqa Premyer Liqa klublarında köməkçi məşqçi variantları da var. Fikirləşib, yaxşı variantı seçəcəm".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…