Bizi izləyin

Ölkə futbolu

Azərbaycan torpağında, torpağında…

Hər dəfə əcnəbi məşqçilər Azərbaycana gəlib-gedəndə…

blank
Hər dəfə əcnəbi məşqçilər Azərbaycana gəlib-gedəndə mənim yadıma Niyaməddin Musayevin “Azərbaycan torpağında” mahnısı düşür. Gözəl səsə malik xanəndə canımız qədər sevdiyimiz vətənimizin torpaqlarını vəsf etdiyi həmin mahnısının sonuncu bəndində “biz gedərik, “Röya” qalar Azərbaycan torpağında” deyirdi. “Röya” qrupuna rəhbərlik edən Niyammədin bəy bununla da işarə vururdu ki, bir gün özü həyatda olmasa da, oxuduğu mahnılar xalqın yaddaşında qalacaq.
 
Allah Niyaməddin bəyə can sağlığı versin. Gözəl müğənnimiz əmin ola bilər ki, bir-birindən gözəl mahnıları uşaqdan böyüyə qədər hər kəsin qəlbində və yaddaşında özünə yer edib. Amma saylarını çoxdan itirdiyimiz əcnəbi çalışdırıcılar ölkəmizdən gedəndən sonra hansısa müsbət izlər buraxmadıqlarına əmin ola bilərlər. Onsuz da Azərbaycan futbolunun qazandığı uğurlar barmaqla sayılası qədərdi. Həmin təkəm-seyrək uğurların da mütləq əksəriyyətində yerli məşqçilərin imzası var.
 
Tarixi o qədər də dərindən vərəqləməyə ehtiyac yoxdu. Berti Foqts artıq 6 ildən çoxdu ki, millimizi çalışdırır. Bu müddətdə yığmamızın ifasında hansısa düşünülmüş futbol elementlərinə, ciddi taktiki gedişlərə rast gəlməmişik. Üstəlik, əvvəlki illərlə müqayisə edəndə oyun planında xeyli gerilədiyimiz faktdı. Yerli məşqçilərin zamanında milliyə indiki kimi şərait yaradılmırdı. Bununla belə, hər seçmə mərhələdə hansısa güclü rəqibi Bakıda büdrədə bilirdik. Foqtslu yığmanın ən böyük zəfərlərindən sayılan Türkiyə üzərində qələbə də məhz Vaqif Sadıqovun adıyla bağlı olan künc zərbəsi sayəsində qazanılmışdı. Onun həmyerlisi Bernard Lippert U-21 yığmasını çalışdırdığı 6 il ərzində cəmisi 4 qələbə qazanıbsa, artıq nəsə deməyə ehtiyac yoxdu.
 
Əcnəbi mütəxəssis sevgisi AFFA-da oturanlarla yanaşı klub başbilənlərinin də ürəyində dərindən kök salıb. Halbuki, gəlmələrlə müqayisədə yerlilərin aktivinə yaza biləcəyimiz uğurların sayı əhəmiyyətli dərəcədə çoxdu. Rasim Karanın çətin məqamda qoyub qaçdığı “Qarabağ”ı Qurban Qurbanov dirçəltdi. Ardıcıl neçə mövsüm avroliqanın play-off mərhələsindən qayıdan “köhlən atlar” bu mövsüm çempionluğu bayram edib, yenidən qitə səhnəsində tarix yazmağa yaxındı. Elə qitə kuboklarının qrup mərhələsinə adına yazdırmaqla ilkə imza atan “Neftçi” də bu uğuru azərbaycanlı məşqçi Böyükağa Hacıyevin sayəsində qazanıb. Nazim Süleymanov kasad büdcəylə AZAL-ı Avroliqaya çıxarmağı bacarsa da, rəhbərliyin dəstək vermədiyini görüb, işini yarımçıq saxlamağa məcbur olmuşdu.
 
Bəs, əcnəbi məşqçilər neyləyib? Mirça Rednik bir çemodan pulla ölkəsində gəzib, komandasını legionerlə doldursa da, “Xəzər Lənkəran” elə birinci təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. Tariximizə qara ləkə kimi yazılan “Makkabi faciəsi”nin də altında əcnəbi Con Toşakın imzası vardı. Halbuki, Yunis Hüseynov yarımcan heyətlə “gəmiçilər”i növbəti mərhələyə çıxarmışdı.
 
Bu cür müqayisələrin sayını çoxalda da bilərik. Amma nə fayda? Dediklərimiz-yazdıqlarımız klub başbilənlərinin vecinə də olmur. May ayında əcnəbi çalışdırıcını yola salan “Xəzər Lənkəran”la “Qəbələ” gözünü yenə də Azərbaycandan uzaqlara dikib. Buna qədər “sükanı” etibar etdiyiniz əcnəbilərdən nə fayda görmüsüz? Fatih Kavlakın Elxan Abdullayevdən, Ramiz Məmmədovdan nəyi artıq idi ki? Yoxsa Toşakla Dənizli “Xəzər Lənkəran”a Nazim Süleymanovla Yunis Hüseynovdan daha çox fayda verə bildi? Strategiyası bilinməyən ölkə klubları acı təcrübədən dərs çıxarmayıb, əcnəbi mütəxəssislərə qucaq açmağa davam edir. Hələ rəsmiləşməsə də, “Qəbələ”nin bolqar çalışdırıcı İvaylo Petevlə 1,5 milyon qarşılığında anlaşdığı xəbər verilir. Hansı keyfiyyətlərinə görə? Bu həmin Petevdi ki, sofiyalı fanatlar onun mətbuat konfransına basqın edib, paltarını əynindən çıxarmışdılar. Azərbaycanda əcnəbi çalışdırıcıları soyundurmurlar, əksinə, ciblərinə pul doldurub, vətənlərinə yola salırlar. Özlərindən sonra heç bir xoş iz buraxmasalar belə…
Reklam

Reklam


Ölkə futbolu2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm