Ölkə futbolu
Mançesterə gedəcək azərbaycanlı uşaqlar (FOTOLAR)
İngiltərənin "Mançester Yunayted" klubunun Yay Fut…
İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak etmək istəyən azərbaycanlı uşaqlar üçün təlim-məşq prosesi keçirilir. Futbolinfo.az xəbər verir ki, AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə Tovuz, Qax, Gəncə, Sumqayıt və Bakıda keçirilmiş seçimlərdə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları iştirak edib.
Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən etibarən "Bakı"nın Təlim-Məşq Bazasında məşqlərdə iştirak edir. Onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq. (AFFA)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi