Bizi izləyin

Ölkə futbolu

Mahir Şükürov üçün orta barmaq

"Neftçi" təcrübəli müdafiəçisi Ma…

blank
"Neftçi" təcrübəli müdafiəçisi Mahir Şükürovla yollarını ayırıb. Klubla müqaviləsi başa çatan müdafiəçi ilə yeni müqavilə imzalanmayıb. Buna səbəb isə komandanın baş məşqçisi Böyükağa Hacıyev göstərilir. Belə ki, artıq baş məşqçi də onun klub daxilində yol verdiyi intizamsızlıqlardan boğaza yığılıb. Ona görə də Şükürovla yola davam etməmək qərara alınıb.
 
Şükürov "Neftçi"dən ayrıldı, ancaq maraqlı məqam odu ki, o, karyerasını harada davam etdirə bilər? Ümumiyyətlə, 32 yaşlı futbolçu Premyer Liqa klublarında forma geyinə bilərmi?
 
Qurban Qurbanov "Qarabağ"da çalışdığı müddətdə intizamlı komanda yaratmağa nail olub. Elə Qurbanov üçün də əsas komandada intizamın olmasıdı. Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu çətin ki, "Neftçi"dən ayrılan Şükürovu öz heyətində görmək istəsin. Bəlkə də oyun baxımından müdafiəçi "Qarabağ"ın şərəfini qoruya bilər, ancaq intizamsızlıq baxımından Qurbanov heç Mahirin adını da çəkmək istəməz.
 
İlk baxışdan son mövsümü gümüş medalla başa vuran "İnter"in adıçəkilən futbolçunu heyətində görmək istədiyini demək olar. Lakin "bankirlər"in rəhbəri olan Georgi Nikolov və baş məşqçi Kaxaber Sxadadze üçün də ilk növbədə intizam gəlir. Üstəlik, Mahirin intizamsız futbolçu olmasını bir kənara qoysaq, onun "İnter"dən qalmaqalla ayrılıb, yenidən həmin kluba qayıtması qeyri-mümkün görünür. Ən əsası isə Kaxa 32 yaşlı müdafiəçinin xidmətindən istifadə etmək istəməz. Baxmayaraq ki, Şükürov həm də millinin formasını geyinir.
 
Yuxarıda adını sadaladığımız klublar kimi Mahirin "Qəbələ"yə keçidi də mümkünsüzdü. Hərçənd bu komandada intizamsız futbolçular olsa da, Mahir əyalət klubunda oynaya bilməz. Əvvəla ona görə ki, "Qəbələ" azarkeşlərini təhqir edən bir futbolçuya öz formasını daşımağa icazə verməz. Yadınızdadısa, son mövsümdə "Neftçi"nin Qəbələdəki oyunu zamanı 22 nömrə əyalət azarkeşlərinə orta barmağını göstərərək, onları təhqir etmişdi. Üstəlik, Şükürov vaxtilə "Qəbələ"nin formasını geyinmiş, sonradan futbolçu ilə yollar ayrılmışdı. Hələ Toni Adamsın vaxtında kapitanlıq sarğısını daşıyan Şükürov öz azarkeşlərini təhqir etməkdən belə çəkinməmişdi. "Qəbələ" rəhbərliyi isə ayrılığa səbəb kimi müdafiəçinin oyununun onları qane etmədiyini göstərmişdi.
 
Bəlkə də "Bakı" müdafiəçinin xidmətindən yararlanmaq istəyər. Ancaq paytaxt klubunda olan maddi çətinlik bu cür bir keçidin baş tutmayacağından xəbər verir. Üstəlik, klubun icraçı direktoru olan Yaşar Seyidovun son günlərdə verdiyi "Bakı" transfer etməyəcək" açıqlaması futbolçunun önündə olan daha bir qapını bağlayır. Milinko Pantiç də komandadakı intizama önəm verən məşqçilərdəndi. Bu üzdən "Neftçi"dən ayrılan Şükürov, "Qarabağ", "İnter" və "Qəbələ" kimi "Bakı" arzularının üstündən xətt çəkməli olacaq.
 
"Xəzər Lənkəran"la da qalmaqal yaşayan Şükürovun keçmiş komandasına qayıtmasını gözləmək ən azından ağılsızlıq olardı. Çünki futbolçunun Lənkəran klubunda oynadığı zaman yol verdiyi intizamsızlıq həm rəhbərlik, həm də azarkeşlərin səbr kasasını doldurub. Üstəlik, elə "Neftçi"nin heyətində top qovduğu zaman da müdafiəçi lənkəranlı azarkeşlərə qarşı xüsusi aqressiya ilə seçilirdi. Xüsusilə də Mahirin "ağ-yaşıl" azarkeşlərə göstərdiyi orta barmaq onun karyerasını bu klubda davam etdirmək imkanının olmamasının bariz nümunəsidi.
 
"Simurq" da böyük ehtimalla Mahirin adını tutmaz. Zaqatala klubunda da intizama önəm verilir. Hətta intizam problemi olan Mindauqas Kalonas məhz bu səbəbdən komandada möhkəmlənə bilmədi və "Bakı"ya qayıdan litvalı "Simurq" tərəfindən yada salınmır.
 
"Sumqayıt" da həm intizam, həm də maddi baxımdan Şükürova yaxın gəlməz. Çünki müdafiəçinin aldığı məbləğ "Sumqayıt" futbolçuların qazandıqlarına bərabərdi. Çətin ki, maddi büdcəsi zəif olan bir klub Şükürovla münasibətləri rəsmiləşdirsin.
 
Mahir Şükürovun Premyer Liqada qalması üçün tək şansı AZAL-dı desək, yanılmarıq. Əvvəla ona görə ki, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov Şükürovla çalışıb və onu komandasında görmək istəyər. Digər tərəfdən Şüvəlan təmsilçisində oynamaq üçün millinin üzvü təxminən "Neftçi"də qazandığının yarısına razı olmalıdı. Məhz Əhmədov amilinə görə digər klublarla müqayisədə Şükürovu yeni mövsümdən AZAL-da görmək daha real görünür. Bir də bəlkə “Araz Naxçıvan”… Əsgər Abdullayev üçün Mahir sevimli futbolçudu, amma maddi məsələlərdə anlaşmaq olarmı?
 
Deməli, müdafiəçi futbola davam etmək üçün ya aşağı dəstə klubları ilə anlaşmalı (maddi məsələdə bu da inandırıcı görünmür), ya da legioner həyatı yaşalamalıdı ("Anji"ni yada salsaq, bu da inandırıcı variant deyil). Görünür, Mahiri hər mənada mahir edən elə "Neftçi" və Böyükağa Hacıyev imiş. O, da vaxtilə bu şəbəkənin bir hissəsi olaraq "Neftçi" – Hacıyev – Şükürov üçbucağını yaratmışdı. Ancaq sonradan Mahir orta barmağı işə saldı və "Neftçi" – Hacıyev – orta barmaq fiqurunu düzəltdi. İndi "Neftçi" və Hacıyev öz yaxasını kənara çəkdi. Ortada qalan isə yalnız orta barmaq oldu…
 
Bu mədəniyyət, bu imiclə Mahirə çətin ki, yiyə duran tapılsln. Sadıq Sadıqov kimi dostu da ondan üz döndəribsə, deməli, ümid xaricə qaçmağa qalıb.
 
P.S. “Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanovun dedikləri yavaş-yavaş təsdiqini tapır. O zaman Hacıyevə mədhiyyə söyləyən Mahir Nazim bəyin torbasını tikdi ki, özü komandada qalsın. İndi isə hamiləri də ondan üz döndərdi. İndi orta barmağı onun özünə göstərirlər.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm