Ölkə futbolu
"Botev" "Qəbələ"nin məşqçisini əlindən alır
Baş məşqçi axtarışında olan "Qəbələ"nin İva…
Baş məşqçi axtarışında olan "Qəbələ"nin İvaylo Petevlə iki illik müqavilə imzalayacağı açıqlanmışdı. Futbolinfo.az xəbər verir ki, Bolqarıstan mətbuatı bunun tam əksini iddia edir.
Belə ki, Petevin Bolqarıstanın "Botev" klubu ilə müqavilə imzaladığı bildirilir. Hətta rəsmi olaraq bu gün bu müqavilənin açıqlanacağı da qeyd edilir. Bu iddiaları əsaslı edən fakt "Botev"in baş məşqçisi Stanimir Stoilov və idman direktoru Dimitar Dimitrovu istefaya göndərməsidi. Klubun birdən-birə belə dəyişikliyə getməsi Petevin vətənində qalacağını deməyə əsas verir. Bolqar mətbuatı da İvaylonun bu posta bir nömrəli namizəd olduğunu qeyd edir.
"Qəbələ" tərəfi hələ ki, məsələyə münasibət bildirməyə tələsmir. Onlar rəsmi müqavilə imzalamadıqları, amma hər cəhətdən anlaşdıqları məşqçinin qəfil qərar dəyişməsinə inanmaq istəmir. Məsələyə tezliklə aydınlıq gəlməlidi.