Dünya futbolu
"Botev"in icraçı direktoru Petev xəbərini nə təkzib, nə də təsdiq etdi
Bolqar mətbuatı "Qəbələ"nin razılığa gəldiyi baş m…
Bolqar mətbuatı "Qəbələ"nin razılığa gəldiyi baş məşqçi İvaylo Petevin "Botev"lə anlaşdığı barədə xəbər yayıb. Futbolinfo.az məsələ ilə bağlı maraqlı fakt əldə edib.
Belə ki, yerli mətbuata danışan klubun icraçı direktoru Tervel Zlatev baş məşqçi axtarışlarını davam etdirdiklərini bildirib: "Stanimir Stoilov və Dimitar Dimitrovun istefası bizi təəccübləndirdi. Onlar klubdan ayrılmaqlarını şəxsi səbəbləri ilə izah etdi. Klubdan ayrılanları bir kənara qoyaq. Hər kəs yeni baş məşqçi və idman direktoru axtarışındadı. Ümid edirəm ki, cümə gününə qədər yeni məşqçimizə qovuşacağıq".
Lakin klub rəsmisi İvaylo Petev haqda yayılan xəbərlərə şərh vermək istəməyib: "Yeni futbolçularla müqavilə imzalamaşıq. Yeni məşqçinin qərarının nə olacağını bilmirik. Əgər cümə gününə qədər məşqçi olmasa, klub məktəbinin normal məşqçilərindən biri seçiləcək".