Ölkə futbolu
Joze Mourniyonun favoriti İtaliyadı
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo İt…
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo İtaliya milli komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Skuadra Adzurra”ya inandığını bildirib:
“İtaliya hər şeyə qadirdi. Onlar çox çətin qrupda düşüblər. İddialılardan hansısa biri bu qrupda qalacaq. Amma İtaliya elə İtaliyadı. Orada yaxşı oyunçular, istedadlar, təcrübə var. Bir sözlə komanda uğur qazanmağa qadirdi. Əgər pley-offa yüksəlsələr, onlardan çox şey gözləmək olar. Çünki bu mərhələdə İtaliya özünü əla hiss edir. Ənənə və özünəinam çox vacibdi. Düşünürəm ki, İtaliya millisi bu mundialda əla çıxış edəcək”.