Dünya futbolu
Devid Moyes hələ də təəssüflənir
“Mançester Yunayted”in keçmiş baş məşq&c…
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Devid Moyes klubdan gedişi haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”də keçirdiyi müddətdən razı qaldığını bildirib:
“Orada özüm üçün qiymətsiz dərslər aldım. Qazanılan təcrübə mənim xeyrimə oldu. “Old Trafford”da işlədiyim müddətdə mən daha müdrik və bilikli oldum. Gedişimdən sonra mənə bir neçə təklif də gəlib. Gələcəyimlə bağlı hər hansı bir variantın baş tutmasını istisna etmirəm. İndi “Mançester Yunayted”də dəyişilik dövrüdü. Ola bilsin, klubda artıq uzunmmüddətli planlara önəm vermirlər. Hamı bilirdi ki, mənim qarşımda hansı vəzifə var idi. Təəssüf ki, mənə daha çox vaxt verilmədi”.