Ölkə futbolu
Fabio Kapellodan iddialı açıqlama
Rusiya millisinin baş məşqçisi Fabio Kapello iddialı a&cced…
Rusiya millisinin baş məşqçisi Fabio Kapello iddialı açıqlama ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, rəhbərlik etdiyi komandanın dünya çempionu ola biləcəyini deyib:
“Təbii ki, mənim yarışla bağlı arzum var. Amma bu haqda danışmayacam. Bir dəfə jurnalistlər mənə kimin dünya çempionu olacağı haqda sual vermişdilər. O zaman da demişdim, indi də təkrar edirəm, hətta Rusiyanın da çempion olmaq şansı var. Amma bu, yalnız kağız üzərindədi”.
Yeri gəlmişkən, Rusiya millisi DÇ-2014 öncəsi bir ilkə imza atıb. Rusiya yığması bu turnirdə bütün futbolçuları öz ölkəsinin klublarından olan yeganə komandadı. Yığmanın baş məşqçisi Fabio Kapellonun müəyyənləşdirdiyi yekun heyətdə 23 oyunçu da Rusiya klublarının şərəfini qoruyur.