Dünya futbolu
Luis Suares üçün növbəti təklif
"Real"la (Madrid) "Liverpul"un hücumçu…
"Real"la (Madrid) "Liverpul"un hücumçusu Luis Suares haqqındakı transfer xəbərləri gündəmdən düşmür. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzeti Madrid təmsilçisinin uruqvaylı futbolçunun keçidi üçün son olaraq qarşı tərəfə 90 milyon avro təklif etməyi planlaşdırdığını yazıb.
Lakin "Liverpul" rəhbərliyi bu təklifə münasibət bildirməkdə tələsmir. Dünya çempionatından sonra transferin baş tutacağı istisna olunmur.
Qeyd edək ki, “Real” bu vaxta kimi 91 milyon avroya Qaret Beyl və 94 milyon avroya Kiştianu Ronaldonu transfer edərək tarixə düşüb.