Milli komanda
Azərbaycan millisinin rəqibi baş məşqçisiz qaldı
Gənclərdən ibarət millimizin AÇ-2016-nın təsnifat mərhə…
Gənclərdən ibarət millimizin AÇ-2016-nın təsnifat mərhələsindəki rəqibi Makedoniya yığması baş məşqçisiz qalıb. Futbolinfo.az xəbər verir ki, Makedoniya futbol federasiyası Boban Babunskinin xidmətlərindən imtina etmək qərarına gəlib.
Buna səbəb Makedoniya yığmasının təsnifat mərhələsində göstərdiyi nəticələrdi. Balkan təmsilçisi geridə qalan turlarda cəmi dörd xal toplayıb. Makedoniya yığması öz meydanında millimizə qalib gəlib (1:0) və səfərdə heç-heçə oynayıb.