Dünya futbolu
Joze Mourinyo: “Lempard “Çelsi”də qalsın"
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo kom…
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandadan ayrılan 35 yaşlı yarımmüdafiəçi Frank Lempard haqda maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında sabiq oyunçusunu klubun məşqçi heyətində görmək istədiyini deyib:
"O, dünya çempionatından sonra futbolçu karyerasını başa vurmalıdı. Lempard istəsə, “Çelsi”nin məşqçilərindən biri ola bilər. Mənim köməkçim vəzifəsində çalışmasını istəyirəm. Ancaq o, özünü daha 2-3 il futbol oynaya biləcək gücdə hiss edir. Bir sözlə, son qərarı özü verəcək".
Lempard 2001-14-cü illərdə “Çelsi"də top qovub.