Dünya futbolu
Kasilyas Premyer Liqa yolunda
"Real" qapıçısı İker Kasilyas komandasını dəyi…
"Real" qapıçısı İker Kasilyas komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Belə ki, 33 yaşlı qapıçının xidmətində "Arsenal" maraqlıdı. 180 milyon avro təzminat qiyməti və komandası ilə 3 illik müqaviləsi olan Kasilyas daha öncə karyerasını "Real"da başa vurmaq istədiyini söyləmişdi. Lakin "Arsenal"ın futbolçuları – Məsut Özil və Santi Kazorla onu London klubuna keçməyə razı salmağa çalışırlar.