Ölkə futbolu
Hafiz Məmmədov "Şeffild"i almaq üçün gələn həftə saziş bağlayacaq
“Bakı” FK-nın prezidenti Hafiz Məmmədov İngiltərəni…
“Bakı” FK-nın prezidenti Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu almaq üçün gələn həftənin əvvəlində sazişi rəsmiləşdirəcək. Futbolinfo.az xəbər verir ki, İngiltərənin ən qədim klublarından biri olan “Şeffild Uensdey”in sahibi Milan Mandariç bu məlumatı şərh etməkdən imtina edib.
Ancaq Britaniyanın “The Star” nəşrinin jurnalistləri tərəflərin çərşənbə günündən gec olmayaraq görüşəcəyini, klubun aksiya paketlərinin satın alınması ilə bağlı məsələləri və bu yay üçün transfer siyasətini müzakirə edəcəyini müəyyən ediblər.
Bu əsnada, fransız həmkarlarımız bildirirlər ki, Məmmədovun özü cümə günü İngiltərəyə gəlib. Səfərdə məqsəd Mandariçlə artıq bir neçə ay davam edən danışıqlarda son nöqtəni qoymaqdı.
Sazişin ümumi məbləği 50 milyon avro məbləğində qiymətləndirilir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…