Dünya futbolu
Petevin yerinə kim gəlir?
"Qəbələ"nin yeni baş məşqçisi İvaylo Petevi ko…
"Qəbələ"nin yeni baş məşqçisi İvaylo Petevi komandaya gətirmək istəyən "Botev" yeni mütəxəssislə razılaşıb. Futbolinfo.az xəbər verir ki, komandaya bundan sonra Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev başçılıq edəcək.
47 yaşlı mütəxəssis bu qərarı üçün yerli assosiasiyanın prezidenti Borislav Mixaylovla telefon əlaqəsi yaradıb və ona klubdakı işinin yığmaya heç bir maneə yaratmayacağını bildirib.
Qeyd edək ki, Bolqarıstan millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindəndi.