Dünya futbolu
Rakitiç "Barsa" yolunda
"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakiti&cc…
"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç "Barselona"ya keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu xorvatiyalı futbolçuya 5 illik müqavilə təklif edib.
Transferin qiyməti isə 20 milyon avro təşkil edəcək. Rakitiç yeni komandasında çıxış edəcəyi hər mövsümə görə 8 milyon avro qazanacaq. Məlumatda bildirilir ki, artıq tərəflər danışıqların son mərhələsinə qədəm qoyublar və yaxın günlərdə keçid rəsmən açıqlanmalıdı.
Qeyd edək ki, 26 yaşlı Rakitiç İspaniya çempionatının ötən mövsümündə keçirdiyi 34 oyunda 12 qol vurub və 12 məhsuldar ötürməylə yadda qalıb.