Dünya futbolu
İngiltərə millisi autsayder ilə bacarmadı
Braziliyada təşkil olunacaq dünya çempionatı öncə…
Braziliyada təşkil olunacaq dünya çempionatı öncəsi beynəlxalq yoldaşlıq görüşləri davam edir. Futbolinfo.az xəbər verir ki, mundialın daha bir neçə iştirakçısı yoxlama oyununda qüvvəsini sınayıb.
DÇ-2014-ün iştirakçılarından Kamerun Moldovanı 1:0, Argentina isə Sloveniyanı 2:0 hesabı ilə məğlub edib. Gecə yarısı baş tutan oyunlarda Belçika Tunisə bir, İspaniya isə Salvadora iki cavabsız qolla qalib gəlib – 2:0. İngiltərə – Honduras matçında hesab açılmayıb. ABŞ millisi isə Nigeriyanı 2:1 hesabı ilə məğlub edib.