Ölkə futbolu
"Rəvan"dan xəbər var
Növbəti mövsümdə 1-ci divizionda çıxış edə…
Növbəti mövsümdə 1-ci divizionda çıxış edəcək "Rəvan"da vəziyyət elə də ürəkaçan deyil. Futbolinfo.az xəbər verir ki, "aslanlar"ın əsas üzvləri komandanı tərk edir.
Buna səbəb isə futbolçuların 1-ci divizionda oynamaqdan imtina etməsidi. Düzdü, əksər futbolçuların komanda ilə müqaviləsi var. Ancaq klubun 1-ci divizionda Premyer Liqadakı büdcəsi ilə mübarizə aparmaq istəməməsi onları da başqa variantları gözdən keçirməyə vadar edir. Belə ki, klub futbolçulara 1-ci divizionda elitadakı kimi yüksək məvacib ödəməyəcək. Əldə etdiyimiz məlumata görə, Bayıl təmsilçisi aşağı divizonda əvəzedici heyətlə mübarizə apacaq.