Ölkə futbolu
“İnter”in hansı 5 oyunçusu Türkiyə toplanışında iştirak etmir?
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in 5 fu…
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in 5 futbolçusu hazırda Qartəpə hazırlıqlarında iştirak etmir. Futbolinfo.az xəbər verir ki, bunlar Səlahət Ağayev, Abdulla Abatsiyev, Azər Salahlı, Laşa Salukvadze və Baçana Sxadadzedi.
Bu futbolçular millilərinin heyətində iştirak etdikləri üçün istirahət etməyə az vaxtları olub. Belə ki, Səlahət və Abdulla millimizin, Salukvadze ilə Tsxadadze isə Gürcüstan yığmasının düşərgəsində idi. Abatsiyev həmçinin Azərlə birgə U-21-in də heyətində olub. Ona görə də bu futbolçulara birbaşa komandanın Avstriya toplanışına qoşulmağa icazə verilib. (apasport.az)