Dünya futbolu
Lionel Messi 1 milyonluq vergidən yayınıb?
“Barselona”nın ulduzu Lionel Messi haqda vergi qalmaqalı…
“Barselona”nın ulduzu Lionel Messi haqda vergi qalmaqalı yenidən gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, argentinalı çirkli pulları yumaq və vergilərdən yayınmaqda ittiham olunur. Artıq İspaniyada bununla bağlı araşdırma başlanılıb.
İspaniya mətbuatına görə, Messi 2012 və 2013-cü illərdə “Messinin dostları” komandası ilə dünya yağması arasında bir sıra görüşlər keçirərək vergilərdən yayınmaqda şübhəli bilinir. Forvardın həmin zaman 1 milyon avro vergidən yayındığı iddia edilir.